...

Milli Oftalmologiya Mərkəzi sağlamlıq imkanları məhdud uşaqlar üçün aksiya keçirəcək

Cəmiyyət Materials 13 Mart 2018 13:58 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası martın 14-də Bakı Dövlət Universitetində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində humanitar aksiya keçirəcək.
Milli Oftalmologiya Mərkəzi sağlamlıq imkanları məhdud uşaqlar üçün aksiya keçirəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası martın 14-də Bakı Dövlət Universitetində, martın 15-də isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində humanitar aksiya keçirəcək.

Mərkəzin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, aksiyanın keçirilməsində məqsəd tələbə, şagird və müəllimlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası 2012-ci ildən indiyədək Azərbaycanın 18 ali təhsil müəssisəsinin tələbələri və bir sıra orta məktəb şagirdlərinin arasında tədqiqatlar keçirib.

1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlər göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti