...

Aİ missiyası Azərbaycanın ümumi təhsil sistemində qiymətləndirmə sisteminin yaradılmasına kömək edəcək

Cəmiyyət Materials 22 Mart 2018 14:23 (UTC +04:00)
Ümumi təhsil sistemini qiymətləndirmək məqsədilə daxili və xarici keyfiyyət təminatı sisteminin yaradılmasında Azərbaycana kömək etmək üçün martın 27-29 tarixlərində Almaniya və Hollandiyadan olan mütəxəssislər bu ölkəyə səfər edəcək.
Aİ missiyası Azərbaycanın ümumi təhsil sistemində qiymətləndirmə sisteminin yaradılmasına kömək edəcək

Bakı. Trend:

Ümumi təhsil sistemini qiymətləndirmək məqsədilə daxili və xarici keyfiyyət təminatı sisteminin yaradılmasında Azərbaycana kömək etmək üçün martın 27-29 tarixlərində Almaniya və Hollandiyadan olan mütəxəssislər bu ölkəyə səfər edəcək.

Trend-in məlumatına görə, adı çəkilən mütəxəssislər məktəblərin qiymətləndirilməsi ilə bağlı Aİ-nin qabaqcıl təcrübəsini paylaşacaq və Azərbaycanda məktəblərin qiymətləndirilməsinə dair metodologiya və qaydaların hazırlanmasına yardım göstərəcəklər.

Bundan əlavə, imtahanların və açıq sualların tərtibatı ilə bağlı müzakirələr aparılacaq. Bu tədbir Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) tərəfindən Azərbaycan Təhsil Nazirliyi və Bakı şəhər təhsil idarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti