...

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin taktiki-xüsusi təlimi keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2018 12:18 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Təlim Tədris Mərkəzində “Beynəlxalq axtarış-xilasetmə dəstəsinin beynəlxalq axtarış-xilasetmə tədbirlərində fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin taktiki-xüsusi təlimi keçirilib (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Təlim Tədris Mərkəzində “Beynəlxalq axtarış-xilasetmə dəstəsinin beynəlxalq axtarış-xilasetmə tədbirlərində fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

FHN-dən Trend-ə verilən məlumata görə, təlim zamanı qarşıya qoyulan əsas məqsədlər Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə dəstəsinə namizədliyi təklif olunmuş əməkdaşlarının Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin (UN OCHA) nəzdində fəaliyyət göstərən Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) tətbiq etdiyi qaydalara uyğun fəaliyyət sahəsində maarifləndirilməsi və təlimatlandırılması, şəxsi heyətin beynəlxalq axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi sahəsində bilik və bacarıqlarının daha da artırılmasından ibarət olub.

Təlim zamanı Beynəlxalq axtarış-xilasetmə dəstəsinin 1 nömrəli hazırlıq dərəcəsinə gətirilməsi və yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsinin təşkili, gömrük və sərhədkeçmə prosedurlarının icrası, şərti hadisə rayonunda yaranmış vəziyyətin qiymətləndirilməsi və müvafiq qərarların qəbul edilməsi, dəstənin əməliyyat bazasının və sahə əməliyyatlarının koordinasiya mərkəzinin açılması, dağıntılar altından zərərçəkənlərin xilas edilməsi, hündürlükdən xilasetmə tapşırıqlarının yerinə yetirilməsi üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti