...

Türkiyə yığmasının məşqçisi: Azərbaycan böyük yarışların təşkilində bütün Avropadan irəlidədir

Cəmiyyət Materials 14 Aprel 2018 19:24 (UTC +04:00)
Azərbaycan böyük yarışların təşkilində bütün Avropadan irəlidədir.
Türkiyə yığmasının məşqçisi: Azərbaycan böyük yarışların təşkilində bütün Avropadan irəlidədir

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan böyük yarışların təşkilində bütün Avropadan irəlidədir. Bunu Trend-ə Türkiyənin batut gimnastikası yığmasının məşqçisi Şükrü Alp Arı deyib.

O qeyd edib ki, türkiyəli gimnastlar Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatından öncə ciddi hazırlıq keçiblər:

"Bizi fərdi yarışlarda iki gimnast və bir sinxron cütlük təmsil edir. Biz medallar uğrunda mübarizə aparmaq istəyirik".

Məşqçinin sözlərinə görə, Türkiyə nümayəndə heyəti turnirin təşkilindən çox razıdır: "Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımızı bildirmək istərdik. Düşünürəm ki, Azərbaycan böyük turnirlərin təşkilində bütün Avropadan irəlidədir".

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü günü davam edir.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti