...

Bu gündən Formula 1 ilə bağlı avtobusların hərəkət sxemində dəyişiklik edilir

Cəmiyyət Materials 23 Aprel 2018 09:16 (UTC +04:00)
Bu gündən avtobusların hərəkət sxemində dəyişiklik edilir.
Bu gündən Formula 1 ilə bağlı avtobusların hərəkət sxemində dəyişiklik edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gündən Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti