...

Orqan transplantasiyası aparmağa icazə verilən müəssisələrin sayı artırıldı

Cəmiyyət Materials 3 May 2018 10:00 (UTC +04:00)
Azərbaycanda orqan transplantasiyası əməliyyatları apara bilən müəssisələrin sayı artırılıb.
Orqan transplantasiyası aparmağa icazə verilən müəssisələrin sayı artırıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda orqan transplantasiyası əməliyyatları aparmağa icazə verilən müəssisələrin sayı artırılıb.

Trend-in məlumatına görə, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC-nin də adı əlavə edilib. Mərkəzdə böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, gözün buynuz qişası, sümük iliyi kimi orqan və (və ya) toxumalarının transplantasiya əməliyyatları icra edilə bilər.

İndiyədək bu müəssisələrin siyahısına M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası (böyrəklər), Mərkəzi Gömrük Hospitalı (qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası), Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi (gözün buynuz qişası), Mərkəzi Neftçilər Xəstəxanası (qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası) daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti