...

BDU-da “Kimyanın aktual problemləri” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 3 May 2018 14:21
Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimyanın aktual problemləri” adlı XII Beynəlxalq elmi konfrans öz işinə başlayıb.
BDU-da “Kimyanın aktual problemləri” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimyanın aktual problemləri” adlı XII Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

BDU-dan Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşmasından, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, o cümlədən universitetdə elm-təhsil sahəsində həyata keçirilən layihələrdən danışıb. Rektor Abel Məhərrəmov ölkəmizdə kimya elminin inkişaf etdiyini, son illər kimya fakültəsində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin keyfiyyətinin, yüksək indeksli jurnallarda dərc edilən elmi məqalələrin sayının daha da artdığını, fakültənin 2017-ci ildə elmi tədqiqat işlərinin yekunlarına görə “İlin fakültəsi” adını qazandığını qeyd edib.

Dekan, professor Abdulsəyid Əzizov çıxışında Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzinin keçirdiyi "İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi"ndə qalib olan patentlər və mükafata layiq görülən alimlər barədə məlumat verib.

V Respublika Müsabiqəsində qalib gələn alimlərə və doktorantlara mükafatlar təqdim edildikdən sonra BDU-nun üzvi kimya kafedrasının dosenti Arif İsmiyevin və rusiyalı alim Yekaterina Dobroxotovanın məruzələri dinlənilib.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Qeyd edək ki, Rusiya, Türkiyə, Almaniya, Portuqaliya, Ukrayna və Gürcüstandan tədqiqatçıların qatıldığı iki gün davam edəcək konfransa 200-dən artıq tezis təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti