...

Azərbaycanda meşə yanğınlarının SƏBƏBLƏRİ (YENİLƏNİB)

Cəmiyyət Materials 4 May 2018 11:42 (UTC +04:00)
Azərbaycanda meşə örtüyü qeyri-bərabər paylaşıb.
Azərbaycanda meşə yanğınlarının SƏBƏBLƏRİ (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda meşə örtüyü qeyri-bərabər paylaşıb.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov deyib.

Direktor bildirib ki, Azərbaycanda meşə örtüyünün 39 faiz Böyük Qafqazda, 34 faizi Kiçik Qafqazda, 15 faizə yaxını Talış dağlarında, 2 faizi Aran düzündə yayılıb: "Yeni meşələrin salınması istiqamətində müvafiq tədbirlər aparılır. Azərbaycan meşələri əhəmiyyətinə görə zamanında birinci qrup meşələrə aid edilib".

S.Abbasov qeyd edib ki, meşələrin yanğından mühafizə edilməsi üçün mühüm işlər aparılsa da, bəzi insanlar buna əməl etmir:

"Hazırda 650 ha ərazidə eni 3 metr olan minerallaşmış zolaqlar çəkilir. Aparılan təhlillər deməyə əsas verir ki, Azərbaycan meşə yanğınlarından az əziyyət çəkən ölkədir. Meşələrin ilkin baxımından tərkibi bunu təmin edir. Məlumdur ki, iynəyarpaqlı meşələrdə yanğınlar çox olur. Azərbaycan meşələrinin isə bir faizi iynəyarpaqlı, qalanları enliyarpaqlıdır".

O əlavə edib ki, meşə yanğınlarının qarşısının tam alınmamasına səbəb insan faktorudur:

"Taxıl biçinindən sonra kövşənliklərin yandırılmamasını desək də, insanlar əməl etmirlər. Yanğınlar əsasən turistlərin, ovçuların məsuliyyətsizliyi səbəbindən baş verib. Tonqal qalayırlar, uşaqların əlinə kibrit verirlər və nəzarətsiz qoyurlar. Həmçinin yanğının söndürülməsində də bizə həmişə rəsmi qurumlar kömək edir, yerli insanlar isə seyirçi mövqeyində qalırlar. Bu məsələyə də ictimaiyyətin diqqətini çəkmək istəyərdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti