Bakı. Samir Əli - Trend:
Azərbaycanda ekoturizmin inkişaf etdirilməsi üçün proqram hazırlanır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.
O bildirib ki, bununla bağlı Dövlət Turizm Agentliyi ilə görüşlər olacaq və təkliflər bildiriləcək:
"Turistlərin ilkin ehtiyacını təmin etmək üçün şərait mövcuddur. Marşrutlar, bələdçilər, piknik yerləri var. Milli parklarda marşrutların rəngarəng olmasına çalışacağıq. Çay kənarında gəzintidən tutmuş, quşları izləməyə qədər yeniliklər olacaq".