...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Misirdə silsilə tədbirlərlə anılıb (FOTO)

Cəmiyyət Materials 9 May 2018 23:07 (UTC +04:00)
Azərbaycan Respublikasının Misirdəki səfirliyi və Misirin Qalyubiyyə vilayət rəhbərliyinin birgə təşkilatşılığı ilə ölkədə yerləşən Misir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Misirdə silsilə tədbirlərlə anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Misirdəki səfirliyi və Misirin Qalyubiyyə vilayət rəhbərliyinin birgə təşkilatşılığı ilə ölkədə yerləşən Misir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Trend-in məlumatına görə, tədbirdə beş milyon əhalisi olan Qalyubiyyə vilayətinin qubernatoru Mahmud Əl Aşmavi Misirdəki səfirimiz Tural Rzayev, Vilayət məclisinin üzvləri, səfirliyimizin əməkdaşları və onların ailə üzvləri, Misirdə yaşayan, işləyən, təhsil alan həmvətənlilərimiz iştirak ediblər.

Tədbir iştirakçıları Misir-Azərbaycan Dostluq Parkında yerləşən istedadlı uşaqlar üçün tədris mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotostendlərlə tanış olublar. Mərkəzin rəhbəri Səbilə Əbdül Vahab qonaqlara “Müasir Azərbaycanın banisi Heydər Əliyev” mövzusunda ətraflı məlumat verib, qonaqları foto-sərgi ilə tanış edib. Sonra tədbir iştirakçıları Misir-Azərbaycan Dostluq Parkını gəzərək Azərbaycanın Misirdəki Səfirliyi və Qalubiyyə vilayəti ilə qardaşlaşmış olan Abşeron rayonu icra hakimiyyətinin maddi dəstəyi ilə 2016-cı ildə burada aparılan yenidənqurma-bərpa işləri ilə tanış olublar.

Daha sonra tədbir iştirakçıları parkda yerləşən Heydər Əliyev heykəlinin önünə gələrək ulu öndərin əziz xatirəsini yad ediblər. Qalubiyyə qubernatoru Mahmud Əl-Əşmavi və səfir Tural Rzayev Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin heykəlinin önünə gül qoydular. Tədbirdə çıxış edən səfir T.Rzayev ulu öndərin şərəfli həyat yolundan söhbət açdı, bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının yalnız iki il yaşadığını və müstəqil müasir dövlətimizin də çətin vəziyyətə düşərək müharibə apardığını, iqtisadi böhran vəziyyətində olduğunu, qardaş müharibəsi ilə üzləşdiyini vurğuladı. Bu vəziyyətdən ölkəmizi məhz Heydər Əliyev dühası, Heydər Əliyev siyasi təcrübəsi qurtardığını vurğulayan səfir, qısa zamanda Azərbaycanın regionun ən güclü dövlətinə çevrildiyini bildirdi.

Qallubiyyə qubernatoru Mahmud Əl-Əşmavi tədbirdə çıxış edərək Misir-Azərbaycan əlaqələrinin bu günkü vəziyyətindən məmnunluğunu dilə gətirdi və bu əlaqələrin əsasında bu gün də uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun dayandığını vurğuladı.

Tədbirdə Misirdəki Azərbaycan diasporasının rəhbəri tədqiqatçı alim Seymur Nəsirov çıxış edərək, Misir-Azərbaycan əlaqələrinin tarixindən söhbət açdı, bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz rolundan bəhs etdi.

Sonda tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Misirdəki heykəli önünə çiçəklər buraxaraq xatirə şəkilləri çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti