...

Venesuelalı marafonçu: "Bakı Marafonu 2018" sağlam həyat tərzi baxımından çox müsbət tədbirdir

Cəmiyyət Materials 13 May 2018 11:21 (UTC +04:00)
"Bakı Marafonu 2018" idmanın populyarlaşdırılması və sağlam həyat tərzi baxımından çox müsbət tədbirdir.
Venesuelalı marafonçu: "Bakı Marafonu 2018" sağlam həyat tərzi baxımından çox müsbət tədbirdir

Bakı. İlkin Şəfiyev - Trend:

"Bakı Marafonu 2018" idmanın populyarlaşdırılması və sağlam həyat tərzi baxımından çox müsbət tədbirdir.

Bunu Trend-ə marafonun venesuelalı iştirakçısı Karlos Bueno deyib.

O, Bakıda insanların mehriban və gülərüz olduğunu bildirib:

"Hər şey yüksək səviyyədə təşkil olunub. Hava da çox gözəldir. Şadam ki, Bakıda belə tədbir keçirilir. Ümidvaram ki, bu marafonun şöhrəti artacaq".

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.

Marafonun qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti