...

Abituriyentlər üçün sınaq imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 11 İyun 2018 16:06 (UTC +04:00)
İyunun 10-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb.
Abituriyentlər üçün sınaq imtahanının nəticələri açıqlanıb

Bakı. Trend:

İyunun 10-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, sınaq imtahanının nəticələri iyunun 11-də saat 15:55-dən etibarən elan edilib.

Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 5252 abituriyentdən 164 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyent imtahandan xaric olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti