...

Azərbaycanın Braziliyadakı səfiri Fernando Kolor və Nilson Pinto ilə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 20 İyun 2018 02:05 (UTC +04:00)
Cari ilin 19 iyun tarixində, səfir Elxan Poluxov Braziliya Milli Koqresinin Deputatlar Palatasında Xarici əlaqələr komitəsinin sədri Nilson Pinto və Braziliya Federativ Respublikasının sabiq prezidenti, Braziliya Milli Koqresinin Senatında Xarici əlaqələr və təhlükəsizlik məsələləri komitəsinin sədri Fernando Kolor ilə görüşüb.
Azərbaycanın Braziliyadakı səfiri Fernando Kolor və Nilson Pinto ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

Cari ilin 19 iyun tarixində, səfir Elxan Poluxov Braziliya Milli Koqresinin Deputatlar Palatasında Xarici əlaqələr komitəsinin sədri Nilson Pinto və Braziliya Federativ Respublikasının sabiq prezidenti, Braziliya Milli Koqresinin Senatında Xarici əlaqələr və təhlükəsizlik məsələləri komitəsinin sədri Fernando Kolor ilə görüşüb.

Trend-ə Azərbaycanı Braziliyadı səfirliyinən vildiriblər ki, görüşü zamanı, tərəflər Azərbaycanla Braziliya arasında Parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi perspektivləri, parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində artan rolu, əhəmiyyəti və digər bu kimi məsələlər müzakirə mövzusu olub.

Həmçinin, Səfir Elxan Poluxov Bakı şəhərinin EXPO 2025-in keçirilməsi üçün namizədliyinin dəstəklənməsi məsələsini hər iki komitə sədrindən xahiş edib və bu məsələnin Azərbaycan üçün əhəmiyyətini həmsöhbətlərinin nəzərinə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti