...

Azərbaycanda “15 iyul”la bağlı ilk kitab nəşr olunub (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2018 18:44 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) Beynəlxalq jurnalistika kafedrasının magistrantı Nurlan Ağanın “15 iyul” və media” kitabı nəşr olunub.
Azərbaycanda “15 iyul”la bağlı ilk kitab nəşr olunub (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) Beynəlxalq jurnalistika kafedrasının magistrantı Nurlan Ağanın “15 iyul” və media” kitabı nəşr olunub.

Universitetdən Trend-ə verilən məlumata görə, kitab Nurlan Ağanın BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrası üzrə yerinə yetirdiyi “Türkiyədə 15 iyul hərbi çevrilişi cəhdi və Azərbaycan KİV-i (15.07.2016 – mart 2017)” adlı buraxılış işinin təkmilləşdirilmiş və əlavələr edilmiş versiyası olaraq hazırlanıb. Kitabda qonşu ölkənin müasir siyasi tarixində geniş əks-səda doğurmuş hadisə olan “15 iyul” hərbi çevrilişinə cəhdinin Türkiyə və Azərbaycan mətbuatı, onlayn və sosial mediası, ümumilikdə KİV-ində işıqlandırılması və həmin materialların təhlilindən bəhs olunur. Burada həmçinin “15 iyul”a gələn yola qədər Türkiyədə siyasi jurnalistikanın təşəkkül və inkişafı məsələlərinə də toxunulur. Kitab siyasi və ictimai elmlər sahəsində çalışan tədqiqatçılar, jurnalistika fakültələrində təhsil alan tələbələr, magistrantlar, media nümayəndələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda bu mövzuda yazılmış ilk kitabdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti