Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatına layiq görülüb (FOTO)

Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatına layiq görülüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Prokurorluğunun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilən müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının prokurorluq orqanları bu gün bir sıra nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən 177 ölkəni bir araya gətirən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) işində fəal iştirak edir.

Bu il sentyabrın 7-dən 14-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində BPA-nın İcraiyyə Komitəsinin 46-cı iclası, 23-cü İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir. “Prokurorların müstəqilliyi - cəmiyyətdə ədalət mühakiməsinin təməlidir” mövzusunda keçirilmiş konfransda 90 ölkədən 450-dən artıq şəxsin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak etmişdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Azərbaycanın nümayəndə heyəti tədbirdə fəal və səmərəli iştirak etmişdir. Belə ki, Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun sessiyasında rəhbərlik edən K.Əliyev çıxışında Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə fəaliyyətinin dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini qeyd etmiş, həyata keçirilmiş mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verərək ölkəmizin anti-korrupsiya strategiyasında beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirildiyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın Assosiasiyanın fəaliyyətinə əhəmiyyətli töhfələr verməklə xüsusi fəallıq göstərmiş, Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin gələcək inkişaf perspektivləri, mühüm və mürəkkəb məsələlərin həllində üzv ölkələrin rolu ilə bağlı konkret təkliflər irəli sürmüş və müzakirələr nəticəsində həmin təkliflər qəbul edilmişdir. İclasda ABŞ, Yeni Zelandiya, Uqanda, Mavriki və digər ölkələrinin nümayəndələri çıxış edərək beynəlxalq əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd etmişdirlər.

Sentyabrın 12-də konfransın Ümumi Yığıncağı keçirilmişdir. Tədbirdə bir sıra mövzularla yanaşı, təşkilati məsələlərə də baxılmış və 2010-cu ildən etibarən BPA-nın İcrayyə Komitəsinin üzvü vəzifəsini daşıyan K.Əliyev qurumun vitse-prezidenti vəzifəsinə yekdilliklə seçilmişdir. Həmçinin, ölkəmizin ədliyyə və prokurorluq orqanlarının qurumun fəaliyyətinə vermiş olduğu töfhələr və yüksək səviyyəli işgüzar əlaqələr, habelə cari ilin 9-10 aprel tarixlərində Bakı şəhərində keçirilmiş İcraiyyə Komitəsinin 45-ci iclasının uğurla təşkil olunduğu nəzərə alınmaqla Azərbaycan Prokurorluğu xüsusi mükafatla - Assosiasiyasının Fəxri Sertifikat ilə təltif edilmişdir. Həmin mükafatın rəsmi təqdimetmə mərasimdə çıxış edən nümayəndə heyətinin rəhbəri ölkəmizin BPA ilə daim uğurlu əməkdaşlıq etdiyini bildirərək Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun bu münasibətlərə xüsusi önəm verdiyini, eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədovun uzun illər BPA-nın ali idarə orqanı olan İcrayyə Komitəsində təmsil olunduğunu və hazırda Assosiasiyanın Senatoru və fəxri üzvü olduğunu vurğulayaraq mükafata görə Azərbaycanın hökuməti və Baş prokurorun adından minnətdarlığını bildirmişdir.

BPA-nın Prokurorların Qlobal Elektron Cinayət Şəbəkəsinin (GPEN) 10 ilik yubileyi ilə bağlı təqdimatla çıxış edən Böyük Britaniyanın nümayəndəsi xanım Ester Jeorj Şəbəkə son 10 il ərzində aparılmış işlər barədə ətraflı məlumat vermiş, eyni zamanda 10-11 oktyabr 2017-ci il tarixlərdə Azərbaycanın hökumətinin dəstəyi ilə Bakı şəhərində Azərbaycan Respublikası Prokurorluğu və Beynəlxalq Prokurorlar Assosiasiyasının, həmçinin Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş “Kibercinayətkarlıqla mübarizəyə dair Konfrans” Şəbəkənin uğurlu layihəsi kimi qiymətləndirmişdir.

BPA-nın növbəti İllik Konfransının 2019-cu ilin sentyabrında Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilməsi qərara alınmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Müvəqqəti işlər vəkili cənab Azad Nağıyev iştirak etmişdir.

Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Loading Bars
Xəbər lenti
Almaniyada karantin rejiminin müddəti uzadılıb
"Barselona" İspaniya Kubokunun finalına vəsiqə qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,2 milyon nəfərə çatır
İraqda raket hücumu nəticəsində ABŞ vətəndaşları xəsarət almayıb - Pentaqon
Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır
ÜST: Dünyada ötən sutka koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb (FOTO)
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Bütün xəbərlər