...

Məleykə Abbaszadə: Rəhbər vəzifələrə maraq azalıb

Cəmiyyət Materials 21 Sentyabr 2018 12:34 (UTC +04:00)
Dövlət qulluğuna qəbul üçün təqdim olunan rəhbər vəzifələrə namizədlər tərəfindən çox maraq göstərilmir.
Məleykə Abbaszadə: Rəhbər vəzifələrə maraq azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət qulluğuna qəbul üçün təqdim olunan rəhbər vəzifələrə namizədlər tərəfindən çox maraq göstərilmir.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul zamanı daha çox maraq BB qrupuna daxil olan icraçı vəzifələr üzrə müşahidə edilir: "Daha kütləvi vəzifələrə maraq daha çoxdur. Çünki burada namizədlər üçün qoyulan tələblər daha aşağıdır. Eyni zamanda, iş stajı da çox tələb olunmur. Ona görə müəyyən imtahanlarda 1.000-1.500, digər imtahanlarda isə 100-150 namizəd iştirak edir. Bu say imtahanın növündən və təqdim olunan vakant yerlərin sayından, təsnifatından asılıdır".

M.Abbaszadə deyib ki, dövlət qulluğuna qəbul üçün hər ay imtahan, bu imtahandan əvvəl isə sınaq imtahanları təşkil olunur: "Namizədlərin imkanı var ki, əvvəlcə sınaq imtahanında özlərini yoxlasınlar, daha sonra isə dövlət qulluğuna qəbul imtahanında iştirak etsinlər. DİM dövlət orqanları tərəfindən təqdim olunmuş bütün vakant yerlər üzrə müsabiqələr elan edir. Dövlət qulluğuna qəbul üçün hər bir vəzifə üzrə olan tələblər isə fərqlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti