İlk xəbər saat 10:42-də yayımlanıb
Bakı. Taleh Mursaqulov - Trend:
2017-ci ilin yekunu üzrə Azərbaycana gələn rusiyalı turistlərin sayı 17 faiz artıb.
Trend-in məlumatına görə, bunu Rusiyanın Turizm üzrə Federal Agentliyinin sədri Oleq Safonov Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən "Turizm sahəsində əməkdaşlığın inkişafı" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müsbət dinamika bu il də davam edəcək.
O.Safonov əlavə edib ki, sağlamlıq turizmi çərçivəsində turist axınının artırılması üçün böyük potensial var.
Federal Agentliyinin sədri bildirib ki, turizm dünya iqtisadiyyatının inkişafının vacib amilidir.