...

Bakıda avtobus və qatarın toqquşması ilə bağlı cinayət işi başlandı

Cəmiyyət Materials 1 Oktyabr 2018 16:42 (UTC +04:00)
Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı cinayət işi başlanıb.
Bakıda avtobus və qatarın toqquşması ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə açıqlamasında Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib.

Hadisə nəticəsində 1 nəfər azyaşlı dünyasını dəyişib, 34 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti