...

Bakıda keçirilən aerobika gimnastikası üzrə çempionat azərbaycanlı idmançıya parlaq təəssürat bağışlayıb

Cəmiyyət Materials 7 Oktyabr 2018 19:43 (UTC +04:00)
Azərbaycanlı gən gimnast Dilarə Qurbanova Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyində çıxışdan sonra parlaq hisslər keçirir
Bakıda keçirilən aerobika gimnastikası üzrə çempionat azərbaycanlı idmançıya parlaq təəssürat bağışlayıb

Bakı. Trend:

Azərbaycanlı gən gimnast Dilarə Qurbanova Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyində çıxışdan sonra parlaq hisslər keçirir.

Azərbaycanlı gimnast D.Qurbanova Trend-ə bildirib: "Mən çox çalışdım, yaxşı çıxış etdim, əlbəttə, daha da yaxşı çıxış etmək olardı. 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi kimi turnirlərdə iştirak etməklə mən çox parlaq təəssürat, hisslər və böyük təcrübə qazanıram".

Dilarə Qurbanovanın sözlərinə görə, o, Bakıda Milli Gimnastika Arenasında çıxış etdməkdən şaddır: "Çempionatın təşkilindən çox xoşum gəlir, bizim Milli Gimnastika Arenamız böyükdür və zal adamın zövqünü oxşayır. Bura mənim çox xoşuma gəlir".

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin yekun gününə start verilib.

Yarışın sonuncu günü kişilər və qadınlar arasında fərdi proqramda 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, üçlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, qrup tərkibində 7-8, 9-11, 12-14, 18 və yuxarı yaş kateqoriları, qarışıq cütlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları arasında yarışlar keçirilir.

Yarışlarda Azərbaycan ("Ocaq Sport" və "AyUlduz"), Rusiya və Bolqarıstan gimnastları iştirak edirlər. İlk dəfə bu çempionatda Qazaxıstan və Ukrayna gimnastları çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti