Bakı. Samir Əli - Trend:
Abşeron rayonunun Mehdiabad qəsəbəsində güclü külək fəsadlar törədib.
Bu barədə Trend-ə açıqlamasında Mеhdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Bayram İbrahimov deyib.
İcra nümayəndəsi bildirib ki, güclü külək qəsəbə ərazisindəki məcburi köçkünlər üçün inşa edilən "Gənclər şəhərciyi"ndə 3 yaşayış binasının dam örtüyünü aşırıb:
"Külək binalardan birinin dam örtüyünü tam, ikisinin dam örtüyünün isə yarısını aşırıb. Hadisə nəticəsində bir nəfər, 30 yaşlı sakin xəsarət alıb".