...

Qarasu çayı hövzəsi tullantılardan təmizlənib

Cəmiyyət Materials 30 Oktyabr 2018 09:34 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Qarasu çayı hövzəsi tullantılardan təmizlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Gədəbəy rayon məişət tullantıları poliqonunun hasara alınmaması səbəbindən tullantıların bir qisminin poliqona yaxın Qarasu çayı hövzəsinə atıldığı aşkar edilib.

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktoru Yusif Murğuzov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi və poliqonun hasara alınması məqsədilə Kombinatın direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatı tərəfindən ərazi tullantılardan təmizlənib və poliqonun ətrafının metal torla hasarlanması istiqamətində işlərə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti