Bakı. İlhamə İsabalayeva - Trend:
Dilimizə dövlət səviyyəsində həssas münasibət var.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktor müavini, dosent Baba Məhərrəmli deyib.
B.Məhərrəmlinin sözlərinə görə, 2018-ci ildə dilimiz ilə bağlı böyük siyasi əhəmiyyət kəsb edən iki fərman verilib: "Onlardan biri Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi ilə bağlıdır. Digər fərman isə Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanıdır. Bunlar onu göstərir ki, dilimizə dövlət səviyyəsində həssas münasibət var. Biz də bu həssas münasibətə cavab verməliyik. Biz yeni nəşr olunan kitabların ortaya qoyulması fikirnə cavab olaraq bu gün "İzahlı Dilçilik Terminləri Lüğəti"ni təqdim edirik. Biz bu cür işlərlə ölkəmizin siyasətini dəstəkləməliyik".