Bakı. Elçin Mehdiyev - Trend:
Nazirlər Kabineti "Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” qərarda dəyişikliklər edib.
Trend-in məlumatına görə, bu qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə əsasən, müvəqqəti saxlama yerlərində idarədaxili nəzarət Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi ilə yanaşı, Vergilər Nazirliyi və Dövlət Sərhəd Xidməti, idarədənkənar nəzarət isə məhkəmə və prokurorluq orqanları tərəfindən həyata keçirilir.