...

USAID sosial iqtisadi icma inkişafı layihələrinin icrası ilə maraqlanıb (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2018 00:33 (UTC +04:00)

Bakı. Trend:

Elektrik təchizatının yaxşılaşdırılması, yolların abadlaşdırılması, tibb məntəqələrinin inşası və həmçinin suvarma və təsərrüfat sularından istifadə imkanları yaradan icma inkişafı layihələri Dördüncü İllik İcma İnkişafı üzrə Konfransın əsas mövzusu olub. İcma inkişafı sahəsində əldə edilmiş nailiyyətləri müzakirə etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya üzrə müavini Brok Birman və Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 24 rayonun 150-yə yaxın icmasını təmsil edən icma liderləri ilə bir araya gəliblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, konfrans iştirakçıları sosial iqtisadi icma inkişafı layihələrini icra etmək üçün resursların səfərbər edilməsində əldə etdikləri uğurlar, qarşılaşdıqları çətinliklər və ən yaxşı təcrübələr və həmçinin Azərbaycanın aid olduqları regionlarında icma inkişafı sahəsində yeni imkanlar və fəaliyyətlər haqqında məlumatları bölüşüblər. İki günlük konfrans USAID və Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən dəstəklənən Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən təşkil edilib.

SEDA proqramı çərçivəsində 215.000-dən çox insanın yaşadığı 150-yə yaxın icmaya onların həyat və güzaranlarını yaxşılaşdıran 125 sosial iqtisadi layihə vasitəsilə kömək edilib. Proqram əlavə 43 sosial iqtisadi layihəni icra etmək üçün 2019-cu ilin oktyabr ayına qədər icmalarla əməkdaşlığı davam etdirəcək.

Konfransın ilk günü icma inkişafı sahəsində liderlik göstərmiş layihə iştirakçılarını təltif etmə mərasimi ilə başa çatıb.

Şərq-Qərb İdarəetmə İnstitutu tərəfindən icra edilən USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı sosial iqtisadi inkişafı yüksəltmək və kənd yerlərində həyat şəraitini yaxşılaşdırmaq üçün vətəndaşlar, vətəndaş cəmiyyəti təşkilatları və hökumət arasında əməkdaşlığı dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti