...

Azərbaycan tələbələrinin II qurultayı keçiriləcək

Cəmiyyət Materials 18 Dekabr 2018 13:44 (UTC +04:00)
Dekabrın 21-də Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayını keçirəcək.
Azərbaycan tələbələrinin II qurultayı keçiriləcək

Bakı. Trend:

Dekabrın 21-də Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayını keçirəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qurultayın keçirilməsi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

Qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edəcəklər.

Hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti