...

Yol polisinin avtomobil parkına yeni "Mercedes" avtomobilləri əlavə olunacaq

Cəmiyyət Materials 26 Dekabr 2018 13:05 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

2019-ci ilin əvvəlində Azərbaycanda yol polisinin avtomobil parkına yeni "Mercedes" avtomobilləri əlavə olunacaq.

Bu barədə Trend-ə Respublika Dövlət Yol Polisi İdarəsindən bildiriblər.

Avtomobillər Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat şöbəsinə təhvil verilib. Bunlar müasir “i-Patrul” sistemi ilə təchiz olunub ki, bu sistem yol hərəkəti qaydalarına əməl olunmasına nəzarət prosesini tam avtomatlaşdırmağa imkan verəcək.

Əgər indi “i-Patrul” sistemi 6 kamera ilə istifadə olunursa, gələn il bu sistem 9 kamera ilə təchiz olunacaq.

“i-Patrul” sistemi 55 metr məsafədən hərəkətdə olan nəqliyyat sistemini izləmək, 100 metr məsafədən günün qaranlıq vaxtında belə nömrəni tanımaq imkanına malikdir.

Yol Patrul Xidməti üçün “Mersedes” markalı 118 avtomobil alınıb. Onlardan 75-i “Mersedes”in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir.

Post Patrul Xidməti üçün isə “Mersedes Citan” markalı 60 avtomobil alınıb. Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında digər xidmətlər üçün Azərbaycan istehsalı olan “Khazar” LD avtomobilləri də alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti