...

Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2018 12:10 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, həmçinin tələbələr iştirak ediblər.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov bütün BANM ailəsini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni – 2019-cu il münasibətilə ürəkdən təbrik edib, onlara yeni ildə işlərində müvəffəqiyyətlər arzulayıb. Rektor bildirib ki, 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib və bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malikdir.

Elmar Qasımov 2018-ci ilin BANM üçün çox uğurlu olduğunu və Ali Məktəb üçün bir çox yaddaqalan hadisələrin baş verdiyini deyib. Rektorun sözlərinə görə, 2018-ci ildə BANM ölkə üzrə Prezident təqaüdçülərinin sayına görə ölkədə lider olub, birinci qrup üzrə 700 ballı tələbələrin hamısının BANM-ı seçməsi də rekord göstəricidir.

Daha sonra tədbirin bədii hissəsi başlayıb. BANM-ın tələbələrinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada sənəti” kafedrasının tələbələrinin repertuarları bütün iştirakçıların zövqünü oxşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti