...

Nazir Rusiyaya pomidor ixracı ilə bağlı yaranan problemdən danışdı

Cəmiyyət Materials 29 Yanvar 2019 15:12 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

Rusiyaya pomidor ixracı ilə bağlı yaranan problem tamamilə aradan qaldırılıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, tərəvəz məhsullarının məhz bu növünün payına ixrac daxilolmalarının böyük həcmi düşür:

"Bundan əvvəl həmin məhsulun ixracı ilə bağlı yaranan problem həm hökumətlərarası komissiya, həm də Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində həll edilib. Qaldırılan bütün məsələlər öz həllini tapıb, görüşlər təşkil edilib".

Ş.Mustafayev qeyd edib ki, hazırda bu sahədə xüsusi problem yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti