...

Magistraturaya sınaq imtahanının nəticələri elan edilib

Cəmiyyət Materials 5 Fevral 2019 13:54 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 12:30-dan etibarən elan edib.
Magistraturaya sınaq imtahanının nəticələri elan edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 12:30-dan etibarən elan edib.

Trend-in məlumatına görə, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1604 nəfərdən 41 nəfəri imtahana gəlməyib. 1563 nəfərin imtahan nəticələri DİM-in internet saytında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti