...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq müsabiqə elan edir

Cəmiyyət Materials 8 Fevral 2019 11:00 (UTC +04:00)
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" təchizat anbarının stellajlarının hazırlanması üçün materialların satın alınması ilə bağlı açıq müsabiqə elan edir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq müsabiqə elan edir

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti təchizat anbarının stellajlarının hazırlanması üçün tələb olunan materialların satın alınması ilə bağlı açıq müsabiqə elan edir.

Qurumdan Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 15 fevral 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 20 fevral 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 21 fevral 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 140 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti