...

Azərbaycan Turizm Bürosunun daha 4 ölkədə nümayəndəliyi açıla bilər

Cəmiyyət Materials 5 Aprel 2019 15:35 (UTC +04:00)
Azərbaycan Turizm Bürosunun daha 4 ölkə üzrə nümayəndəliyinin açılması nəzərdə tutulub.
Azərbaycan Turizm Bürosunun daha 4 ölkədə nümayəndəliyi açıla bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Turizm Bürosunun (ATB) daha 4 ölkə üzrə nümayəndəliyinin açılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu ATB-nin baş icraçı direktorunun müavini Bəhruz Əsgərov deyib.

B.Əsgərovun sözlərinə görə, nümayəndəliklərin açılacağı ölkələrin seçilməsində Azərbaycana gələn turistlərin sayı, həmin bazarların coğrafi cəhətdən Azərbaycana yaxın olması və gələcək potensialı nəzərə alınacaq.

Direktor müavini əlavə edib ki, 2018-ci ilin dekabrından Almaniyanın Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanının Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində fəaliyyətə başlayan nümayəndəliklərin əsas məqsədi ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək verməkdir.

Qeyd edək ki, bu gün Bakı Konqress Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçiriləcək.
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi yerli turizm sənayesinin iştirakçılarını nümayəndəlik ofislərinin fəaliyyəti ilə tanış etmək, qarşılıqlı əməkdaşlıq imkanları haqqında məlumat verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti