...

Ombudsman Avropa Şurasının nümayəndələrini qəbul edib (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2019 15:27 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətə başladığı ilk günlərdən hər bir kəsin heç bir ayrı-seçkiliyə yol verilmədən hüquqlarının təmini üçün bərabər imkanların yaradılması məqsədilə bütün dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və KİV-lə sıx əməkdaşlıq şəraitində işini davam etdirir.
Ombudsman Avropa Şurasının nümayəndələrini qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətə başladığı ilk günlərdən hər bir kəsin heç bir ayrı-seçkiliyə yol verilmədən hüquqlarının təmini üçün bərabər imkanların yaradılması məqsədilə bütün dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və KİV-lə sıx əməkdaşlıq şəraitində işini davam etdirir.

Trend-in məlumatına görə, Müvəkkilin əhalinin ayrı-ayrı qruplarının insan hüquqlarının təmini və təşviği sahəsindəki innovativ yanaşmaları beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib, bu istiqamətdə bir çox layihələr icra edilmiş, bununla da uğurla həyata keçirilən ölkə modeli müsbət təcrübə kimi başqa ölkələrdə də qəbul edilib.

Bu günlərdə Müvəkkil Elmira Süleymanova Avropa Şurası və Avropa İttifaqının Yaxşı idarəçilik üzrə Tərəfdaşlıq birgə proqramı çərçivəsində “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihənin əlaqələndiriciləri Anka Sandesku və Menno Ettemanı qəbul edib. Görüşün məqsədi sözügedən layihənin təqdimatı və Azərbaycan Ombudsmanın bu layihədə əsas tərəfdaş qismində iştirakı məsələsinin müzakirə edilməsindən ibarət olub.

Müvəkkil Omubdsman təsisatının yaradılması, mandatı, qlobal və regional beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və Avropa İttifaqı ilə qurulan sıx əməkdaşlıq əlaqələri, ötən dövrlərdə Şərq Tərəfdaşlığı, TAIEX və Tvinninq layihələrində fəal iştirakı, bu layihələrin xüsusiyyətləri və müsbət nəticələri barədə ətraflı məlumat verib.

Qeyd edilmişdir ki, bu əməkdaşlıq çərçivəsində insan hüquqlarının milli və beynəlxalq qanunvericiliyə uyğun müdafiəsi, bu istiqamətdə potensialların gücləndirilməsi, eləcə də, ölkədə hüquq təminat sisteminin müasir standartlarına uyğun inkişaf etdirilməsi və digər sahələrdə müntəzəm paytaxt və regionlarda əhatəli maarifləndirmə tədbirləri həyata keçirilib.

O, Konstitusiya Qanunu ilə müəyyən edilmiş mandatına uyğun olaraq insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti haqqında danışıb, eyni zamanda təsisatın milli insan hüquqları institutu, habelə Milli Preventiv Mexanizm (MPM) vəzifələrini yerinə yetirdiyini bildirərək, MPM qismində Milli Preventiv Qrupu (MPQ) yaradıldığını, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə, psixiatriya xəstəxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara müntəzəm olaraq qrup tərəfindən başçəkmələrin həyata keçirildiyini və müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.

Müvəkkilin təşəbbüsü ilə qəbul edilmiş normativ-hüquqi aktlardan danışılaraq, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramının” icrası vəziyyətinin monitorinqi məqsədilə ölkənin rayonlarının hər birinə səfərlər edildiyi, əhali qrupları ilə görüşlərin keçirildiyini, əldə edilən nəticələrin təhlil edilərək ümumiləşdirildiyini, səlahiyyətli qurumlara təqdim edildiyini, kitab şəklində nəşr edildiyini və yayımlandığını bildirib. Habelə, ölkəmizin bütün regionları ilə yanaşı sərhədyanı rayonlara da tez-tez səfərlər edildiyi, aşkar edilmiş probemlərin həlli üzrə müvafiq tədbirlər görüldüyü, eyni zamanda müvafiq dövlət qurumlarının əməkdaşları üçün müntəzəm təlimlər təşkil olunduğu, həmçinin hüquq bərabərliyinin təmini və təşviqi məqsədilə o cümlədən həssas əhali qruplarından olan qaçqın, məcburi köçkün, miqrant, uşaq, qadın və əlilliyi olan şəxslər arasında geniş maarifləndirmə işinin aparıldığı, beynəlxalq sənədlərin implementasiyası prosesinə aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla yanaşı vətəndaş cəmiyyətinin və icmaların cəlb edilməsinin vacibliyi vurğulanıb. Müvəkkil eyni zamanda Beynəlxalq qurumlar tərəfindən insan hüquqlarının bir çox sahəsi üzrə müsbət qiymətləndirilmiş təcrübələrini də qonaqların diqqətinə çatdırıb.

Ombudsman onun təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “İnsan hüquqları”, “Genderə giriş” fənlərinin tədris olunması, həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq hüquqları üzrə Pilləli Tədris proqramının xüsusiyyətləri bərədə qonaqlara məlumat verib.

Ombudsmanın fəaliyyəti dövründə dövlət qurumlarına insan hüquqlarının təkmilləşməsi üzrə çoxsaylı təkliflərin verildiyi və bu təkliflərin böyük bir qisminin həyata keçirildiyi diqqətə çatdırılıb.

Qonaqlar bildirmişlər ki, qeyd edilən layihə ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün qeyri-məhkəmə mexanizmləri vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi; Ombudsman təsisatlarının bu istiqamət üzrə məlumat bazası sisteminin Avropa standartlarına uyğunlaşdırılması; Ombudsman təsisatlarının ayrı-seçkiliklə mübarizə məqsədilə vətəndaş cəmiyyəti üzvləri ilə əməkdaşlıq;·Ombudsman təsisatlarının ayrı-seçkiliklə mübarizə məqsədilə regional əməkdaşlıq kimi komponentləri əhatə etməkdədir.

Görüşdə qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmış, layihə üzrə müvafiq təkliflər səsləndirilib.

Sonda qonaqlar səmimi qəbul və məlumat mübadiləsi üçün minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti