...

Əmək qanunvericiliyi sahəsində bu il 131 hüquq pozuntusu aşkarlanıb

Cəmiyyət Materials 9 Aprel 2019 17:20 (UTC +04:00)
Əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib.
Əmək qanunvericiliyi sahəsində bu il 131 hüquq pozuntusu aşkarlanıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, hüquq pozuntuların 41%-i əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsindən, 39%-i işçinin məzuniyyət hüquqlarının pozulmasından, 5%-i qanunvericiliyin tələbləri pozularaq əmək müqavilələrinə xitam verilməsindən, 15%-i digər hüquq pozuntularından ibarət olub.

Aşkar edilən hüquq pozuntularının aradan qaldırılması məqsədi ilə Xidmət tərəfindən müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti