...

Bu gündən Azərbaycanda İran gənclərinin dostluq həftəsi başlanır

Cəmiyyət Materials 17 Aprel 2019 13:01 (UTC +04:00)
Bu gündən Azərbaycanda İran İslam Respublikasından olan gənclərin dostluq həftəsi başlanır.
Bu gündən Azərbaycanda İran gənclərinin dostluq həftəsi başlanır

Bakı. Elnur Bağışov - Trend:

Bu gündən Azərbaycanda İran İslam Respublikasından olan gənclərin dostluq həftəsi başlanır.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, dostluq həftəsi proqramı 22 aprelədək davam edəcək.

Proqrama əsasən, bu heyətin Bakı, Quba və Naxçıvanda Azərbaycanın Gənclər və İdman Nazirliyinin rəsmiləri ilə görüşləri olacaq.

İranlı gənclər Heydər Əliyev Mərkəzi, İçəri Şəhər, Qız Qalası, Azərbaycan Xalça Muzeyi ilə yaxından tanış olacaq, Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili kursu üzrə təhsil alan tələbələrlə görüşəcəklər.

Dostluq həftəsi çərçivəsində iranlı heyət Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Təşkilatının Milli Şurasında görüşlər keçirəcək.

İranlı gənclər Naxçıvan Muxtar Respublikasına səfərdə Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin rəsmiləri, Naxçıvan Dövlət Universitetində tələbələrlə görüş keçirəcək, Əshabi-Kəhf ziyarətgahı ilə tanış olacaqlar.

Quba rayonuna səfər çərçivəsində iranlı gənclər Quba Gənclər Mərkəzi, Quba Soyqırım Kompleksi ilə tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti