...

ADU-da "Heydər Əliyev və Azərbaycan məfkurəsi" mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2019 18:32 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Qafqazşünaslıq kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib.
ADU-da "Heydər Əliyev və Azərbaycan məfkurəsi" mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Qafqazşünaslıq kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib.

Fakültənin dekanı dosent İbrahim Kazımbəyli Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar olaraq hazırlanan tədbirlər planı haqqında məlumat verib. Dekan Heydər Əliyevin siyasi sistemdə özünəməxsus, çoxşaxəli fəaliyyəti olan siyasət adamı olduğunu bildirib. O, Heydər Əliyevin siyasi və milli-mənəvi irsinin bir çox istiqamətlərdə öyrənilməsinin mümkünlüyündən danışıb. Heydər Əliyevin uzaqgörən siyasətinin milli məfkurəyə, azərbaycançılıq ideologiyasına söykəndiyini deyən İ.Kazımbəyli ulu öndərin rəhbərliyi ilə milli istiqamətdə görülən işlərdən söz açıb.

Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalov “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, kafedranın dosentləri Şəlalə Bağırova “Heydər Əliyevin Milli birlik siyasəti”, Xatirə Hacıyeva “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı”, Qorxmaz Mustafayev “Heydər Əliyev və azərbaycançılıq ideologiyasının formalaşdırılması”, kafedranın müəllimi Aygün Həsənova “Heydər Əliyevin Gənclər siyasəti” mövzularında çıxış ediblər.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti