...

Regional sığınacaq mərkəzlərinin yaradılması barədə hökumətə təkliflər verilib - Ombudsman

Cəmiyyət Materials 13 May 2019 11:06 (UTC +04:00)
Azərbaycanda zorakılıq qurbanları üçün regional sığınacaq mərkəzlərinin yaradılması barədə hökumətə təkliflər verilib və hazırda bu sahədə iş aparılır.
Regional sığınacaq mərkəzlərinin yaradılması barədə hökumətə təkliflər verilib - Ombudsman

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda zorakılıq qurbanları üçün regional sığınacaq mərkəzlərinin yaradılması barədə hökumətə təkliflər verilib və hazırda bu sahədə iş aparılır.

Trend-in məlumatına görə, bunu Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, hər rayon və şəhərdə sığınacaq mərkəzlərinin yaradılması mümkün olmasa da, buna ehtiyac var. Bu baxımdan regional sığınacaq mərkəzlərinin yaradılması əhəmiyyətli olar.

E.Süleymanova Azərbaycanda gender bərabərliyinin təmin edildiyini qeyd edib. O əlavə edib ki, ötən dövrlərdə Avropa standartlarının Azərbaycan qanunvericiliyində tətbiqi üçün monitorinqlər keçirilib. Ombudsman Aparatı tərəfindən gender bərabərliyinin təmini, qadın və kişilər üçün bərabər imkanların yaradılması, qadınlara və uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün tədbirlər davam etdirilir.

E.Süleymanova əlavə edib ki, qadınların iqtisadi asılılığının azaldılması üçün qeyri-hökumət təşkilatları və dövlət orqanları arasında qarşılıqlı dialoq aparılmaqla müəyyən işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti