...

Hindistanla diaspor sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 14 May 2019 16:27 (UTC +04:00)
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Hindistanla diaspor sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Səfir səmimi qəbula görə Komitə sədrinə təşəkkür edib.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə xaricdə yaşayan azərbaycanlılar və ölkəmizin diaspor siyasəti barədə məlumat verilib, diasporla əlaqələrin möhkəmləndirilməsi, informasiya siyasəti, diaspor təşkilatlarının fəaliyyəti, azərbaycanlıların yaşadıqları ölkələrə inteqrasiya olunmaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfir Bavitlunq Vanlalvavna F.Muradovun Milli Məclisin üzvü olarkən Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olduğunu xatırladıb, eyni zamanda ölkələrimiz arasında dostluq münasibətlərinin uzun tarixə malik olduğunu diqqətə çatdırıb.

Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti