...

Final oyunu günü Bakının 3 küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Cəmiyyət Materials 27 May 2019 15:44
Mayın 29-da UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar Bakının 3 mərkəzi küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Final oyunu günü Bakının 3 küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Mayın 29-da UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar Bakının 3 mərkəzi küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, həmin gün paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlər və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq:

"Bu səbəbdən paytaxt sakinlərindən həmin tarixdə şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur".

Xatırladaq ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti