Aİİ-də “Heydər Əliyev Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir” mövzusunda elmi konfrans təşkil olunub (FOTO)

Aİİ-də “Heydər Əliyev Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir” mövzusunda elmi konfrans təşkil olunub (FOTO)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə 14 iyun 2019-cu il tarixdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir” mövzusunda elmi konfrans keçirilib.

İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, öncə konfrans iştirakçıları İnstitutun kitabxanasında Aİİ və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkil etdikləri ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən və müxtəlif tarixi mövzularda kitablardan ibarət sərgi ilə tanış olublar. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu 300 adda 2 000 kitabı İnstitunun kitabxanasına hədiyyə edib.

Konfransda Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, DQİDK sədri Mübariz Qurbanlı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Aİİ rektoru Ceyhun Məmmədov və digər məsul şəxslər iştirak ediblər.

Aİİ rektoru Ceyhun Məmmədov çıxış nitqi ilə elmi konfrans iştirakçılarını salamlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyimizin qorunmasında tarixi xidmətlərindən bəhs edib.

Rektor C.Məmmədov Ümummilli Lider, müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasının xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olduğunu vurğulayıb.

Aİİ rəhbəri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında, milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Rektor bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü AZƏRBAYCANÇILIQ ideologiyası həyat tərzimizdə, əxlaqımızda, mənəviyyatımızda, dilimizdə, dinimizdə, ədəbiyyatımızda, bir sözlə, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmiz olmalıdır.

Rektor qeyd edib ki, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri də misilsizdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 15 İyun - Qurtuluş Gününü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə, Azərbaycan tarixində müstəsna yer tutan günlərdən biri kimi xarakterizə edib. Mübariz Qurbanlı bildirib: “Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi”.

M.Qurbanlı qeyd edib ki, ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanılması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Hazırda Prezident İlham Əliyev təməli Ümummilli Lider tərəfindən qoyulmuş iqtisadi və siyasi fəaliyyət strategiyasını uğurla davam etdirir.

DQİDK-nın sədri vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Azərbaycanda dövlətin himayəsi altında dini təhsil verən belə bir İnstitutun yaradılmasına ehtiyac oduğunu bildirən M.Qurbanlı ali təhsil müəssisəsinin yüksəkixtisaslı kadrların hazırlanması üçün əlverişli təhsil mühiti yaradacağını qeyd edib.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanıdılmasında Ümummilli Liderin əvəzsiz rolundan bəhs edib. Bu gün Azərbaycanın inkişaf yolu ümummilli lider Heydər Əliyev dühasının işığında aydınlaşır və millətin gələcəyinin daha da parlaq olması üçün möhkəm və sağlam təməllərə əsaslanır.

Akad. Y.Mahmudov Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikada ikinci dəfə hakimiyyətə gəlişindən sonra, müstəqil Azərbaycanın bütün istiqamətlərdə sürətli inkişafa nail olduğunu nəzərə çatdırıb.

Akademik İlahiyyat İnstitutunun yaradılmasını ölkəmiz üçün xeyli əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması baxımından Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib.

Çində koronavirus qurbanlarının sayı 2715-ə çatıb
Çində koronavirus qurbanlarının sayı 2715-ə çatıb
Türkiyədə güclü zəlzələ baş verib
Türkiyədə güclü zəlzələ baş verib
Disney-in yeni rəhbəri təyin edilib
Disney-in yeni rəhbəri təyin edilib
Loading Bars
Xəbər lenti
Çində koronavirus qurbanlarının sayı 2715-ə çatıb
Azərbaycanın bank sektorunun kapitallaşması artıb
Türkiyədə güclü zəlzələ baş verib
Disney-in yeni rəhbəri təyin edilib
Türkiyə-İran sərhədində yenidən zəlzələ baş verib
Gənc atletimiz “Minsk U20 International Match” turnirində qızıl medal qazanıb
ABŞ Çin, İraq, Rusiya və Türkiyənin 13 vətəndaşına və şirkətinə sanksiya tətbiq edib
Bakıda yaşayış binasında yanğın olub
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir (FOTO)
XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür
Bakıda qadın meyiti tapılıb
Suriyada sutka ərzində ikinci partlayış baş verib
AMEA-dakı veteran alimlərin sayı açıqlandı
Parlament seçkiləri ilə bağlı yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi
Parlament seçkiləri Azərbaycan tarixində mühüm bir hadisə oldu – Məzahir Pənahov
Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoyub
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm
Türkiyə Prezidenti: Biz Azərbaycanın uğurları ilə fəxr edirik
Prezident İlham Əliyev: Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək
BŞBPİ-də Xocalı qurbanları yad edildi (FOTO)
Prezident İlham Əliyev: Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir
Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə arasında əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulub
Dövlət Komitəsində “Xocalı - bu olub” tamaşasının nümayişi keçirilib (FOTO)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb (FOTO)
Bir sıra seçki məntəqələrində nəticələr ləğv edilib
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTO)
87 məntəqə seçki komissiyası buraxıldı
Azərbaycan BMT İnsan Hüquqları Şurasının iclasında təmsil olunur (FOTO)
MSK parlament seçkilərinin ümumi yekunlarına dair protokolun tərtibinə başlayıb
Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb
Daha iki məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı
Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib (FOTO)
MSK lider namizədin müraciətini təmin etmədi
Nərimanov Birinci Seçki Dairəsində 10 məntəqədə nəticələr ləğv edilib
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar videoçarx yerləşdirilib (VİDEO)
Dillər Universitetində Xocalı soyqırımının qurbanları anılıb (FOTO)
İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO) (YENİLƏNİB)
“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb (FOTO)
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb
Daha 2 məntəqədə seçkilərin nəticələri ləğv edilib
Heydər Əliyev Fondu Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri nəzarətə götürüb
Azərbaycan-Türkiyə sənədləri imzalanıb (FOTO) (YENİLƏNİB)
Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb
Bu gün ən güclü külək Naftalan və Gəncədə əsib
İlk Novruz hədiyyəniz "Azercell"dən olsun!
MSK daha 2 məntəqədə seçkilərin nəticələrini ləğv edib
İranda məşhur aktrisa koronavirusa görə məsuliyyətə cəlb olunub
Sumqayıtda süngər sexi yanıb - Xəsarət alan var
Memarlıq və İnşaat Universitetində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib (FOTO)
MSK daha 9 məntəqədə nəticələri etibarsız saydı
Fevralın 26-na manatın məzənnəsi
MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv edib
Si Cinpin Prezident İlham Əliyevə təşəkkür edib
Bakıda ağac kəsən şirkət cəzalandırıldı
MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız saydı
Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı
Binəqədidə mənzildən qadın meyiti tapılıb
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib (YENİLƏNİB)
MSK parlament seçkilərinə yekun vurulması məsələsinə baxır
Prezident İlham Əliyev “Qeyri-formal məşğulluğa nəzarət”lə bağlı fərman imzalayıb
İranın cənubunda zəlzələ oldu
Astaranın baş həkimi BU SƏBƏBƏ görə işdən çıxarılıb
Ali məhkəmənin altı hakimi donuz qripinə yoluxdu - Hindistanda
Aİİ-nin Tələbə Gənclər Təşkilatının üzvləri “Ana harayı” memorial kompleksini ziyarət ediblər (FOTO)
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
AZAL xidmət sahəsində yeni texnologiyaya keçib (FOTO)
İranın səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
Assosiasiya rəhbəri: Ərdoğanın Azərbaycana səfəri strateji baxımdan çox vacibdir
Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır
Gəncədə qadının bahalı boyunbağısını oğurlayan şəxslər saxlanılıb (FOTO)
Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı
Dövlət Gömrük Komitəsinin sədri və müavini vətəndaşları qəbul edəcəklər
Sahil Babayev İctimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Global Energy Solutions şirkəti BP-dən təhlükəsizlik sahəsindəki nailiyyətlərə görə mükafat almışdır (FOTO)
Hüsnü Mübarək vəfat etdi
Nutrisioloq - diyetoloq kimdir?
PAŞA Bank əməkhaqqı kart sahiblərinə xüsüsi təklif
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)
BSU-da Xocalı soyqırımına həsr olunmuş geniş tədbir keçirilib (FOTO)
Biləsuvar sakini narkotik vasitələri satarkən saxlanıldı
Xocalı soyqırımının dünyada tanınması üçün bütün tədbirlər görüləcək - Tural Gəncəliyev
Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA
Daha 4 nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Güclü külək Gəncədə bəzi fəsadlar törətdi (FOTO)
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub (FOTO)
Ağsuda idarə rəisi işdən çıxarıldı - SƏBƏBİ açıqlandı
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Misirdə silsilə tədbirlər keçirilib
Azərbaycanla İranla sərhədə mobil səyyar hospital göndərdi (FOTO)
İranda 95 nəfər yeni koronavirusa yoluxub - RƏSMİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib (FOTO)
AzTV Novruz bayramı üçün telelayihə hazırlayır (VİDEO)
Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb
Hərbi prokuror: Xocalı soyqırımı ilə bağlı 4500 nəfərdən çox şəxs dindirilib
Masallıda iki tarixi obyektin bərpası üçün müraciət ünvanlandı
Rabitəbankdan “Made in Azerbaijan” brendinə dəstək! (FOTO)
Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi qeyd edildi (FOTO)
"Atəşgah" Sığorta Şirkətində təhlükəli tullantılar toplandı
Bütün xəbərlər