...

Qərbi Kaspi Universiteti Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır

Cəmiyyət Materials 20 İyun 2019 11:35 (UTC +04:00)
Qərbi Kaspi Universitetinin nümayəndə heyəti Özbəkistanın Daşkənd Dövlət İqtisad Universitetində işgüzar səfərdə olub.
Qərbi Kaspi Universiteti Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır

Bakı. Trend:

Qərbi Kaspi Universitetinin nümayəndə heyəti Özbəkistanın Daşkənd Dövlət İqtisad Universitetində işgüzar səfərdə olub.

Trend-in məlumatına görə, keçirilən görüşlərdə iki universitet arasında əməkdaşlıq əlaqələrinin perspektivləri nəzərdən keçirilib, birgə elmi tədqiqat imkanları, müəllim və tələbə mübadiləsi məsələləri müzakirə olunub.

Qərara alınıb ki, universitetlər arasında əlaqələr qısa zamanda müvafiq müqavilə ilə rəsmiləşdirilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti