...

AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

Cəmiyyət Materials 24 İyun 2019 12:19 (UTC +04:00)
2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər.
AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

Bakı. İlhamə İsabalayeva - Trend:

2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər.

Trend-in məlumatına görə, qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;

- Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə;

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti – 2 nüsxə;

- 3x4 ölçüdə rəngli fotoşəkil – 4 ədəd;

- Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;

- Təhsil haqqından azad olmaq hüququna malik olanlar müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqini.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2019-cu il iyun ayının 27-dən iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsində aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti