...

Zığ şosesində QƏZA - Avtomobil mağazaya çırpılaraq aşıb (FOTO)

Cəmiyyət Materials 3 İyul 2019 08:47 (UTC +04:00)
Zığ şosesində yol-nəqliyyat hadisəsi qeydə alınıb
Zığ şosesində QƏZA - Avtomobil mağazaya çırpılaraq aşıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Səhər saatlarında Xətai rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə "Nargilə" kafesinin yaxınlığında yerləşən ticarət mərkəzinin qarşısında baş verib.

Hərəkətdə olan avtomobil idarəetməni itirərək mağazaya çırpılaraq aşıb. Hadisə nəticəsində mağazanın fasadına və avtomobilə ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti