“Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Qubada keçirilib (FOTO)

“Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Qubada keçirilib (FOTO)

Bakı. Trend:

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə“Qahirə+25” konfransına hazırlıq kampaniyası keçirilir. Burada məqsəd “Qahirə+25” konfransına hazırlıq prosesində respublikamızın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həlli, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunmasıdır.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bu kampaniya çərçivəsində Ombudsman BMT-nin Əhali Fondu ilə birlikdə artıq Lənkəranda, Şəkidə və Gəncədə regional konfranslar təşkil etmişdir.

Hazırda adı çəkilən kampaniya uğurla davam etdirilir və növbəti regional konfrans Qubada keçirilib. Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatı Vahid Əhmədov, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, təhsil və səhiyyə şöbələrinin rəhbərliyi, icmaların, geniş ictimaiyyətin, ağsaqqalların, fəal qadınların, sahibkarların, gənclərin, QHT və KİV-in nümayəndələri iştirak edib.

İlk olaraq, konfrans iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Ombudsman konfrans iştirakçılarını salamlayıb və uğurlar arzulayıb. O, məruzə ilə çıxış edərək Ümumdünya Əhali Gününün yaranma tarixi barədə məlumat verib, 30 il bundan öncə 1989-cu ildə BMT-nin İnkişaf Proqramının İdarə Şurasının 11 iyul tarixini Ümumdünya Əhali günü kimi təsis etdiyini, ilk dəfə olaraq 1990-cı ildə qeyd edilən bu günün əsas məqsədinin dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən, əhali inkişafının qlobal platforması olan, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə geniş məlumat verib. O, bu konfransların mövzularının Azərbaycan üçün də əhəmiyyətini vurğulayaraq, eyni zamanda qəbul olunan proqramlara və qərarlara gəldikdə, yalnız xalqımızın maraqlarına uyğun olanlarının təcrübədə tətbiq edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi proqramında demoqrafik problemlər, kişilərin və qadınların bərabər hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılması, ailə məsələləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və körpə ölümü, təhsil və sağlamlıq hüquqları, yoxsulluğun aradan qaldırılması, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların, gənclərin, ahılların hüquqları kimi problemlər önə çəkilmişdir. Bu məsələlərin hər zaman öz aktuallığını saxlaması, XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin İnkişaf Məqsədləri və 2016-2030-cu illər üçün nəzərdə tutulmuş Dayanıqlı İnkişaf Məqsədlərində də bəzilərinin öz əksini tapması Qahirə Konfransının və qərarlarının böyük əhəmiyyətini sübut edir.

E.Süleymanova qeyd edib ki, ölkə Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi müəyyən edilməsi əhali problemlərinin həllinin möhkəm hüquqi bazaya söykəndiyini göstərir.

Ombudsman Qahirə Konfransının vacib məsələlərindən olan əhali sakinliyi ilə bağlı Ümummilli lider Heydər Əliyevin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə MDB ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda əhali sakinliyi və demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası”nı təsdiq etdiyini bildirib. Demoqrafik vəziyyətin yaxşılaşdırılması və ölkənin demoqrafiya siyasətinin formalaşdırılması məqsədini daşıyan bu Konsepsiya 1994-cü ildə Qahirədə keçirilmiş Əhali Sakinliyi və İnkişafı üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramı, 1995-ci ildə Kopenhagendə Sosial İnkişaf Naminə Ümumdünya Sammitində və Pekində qadınların vəziyyətinə həsr edilmiş Ümumdünya Konfransında qəbul edilmiş sənədlər nəzərə alınmaqla hazırlanıb.

Əhali inkişaf səviyyəsinin daha bir göstəricisi olan yoxsulluq əmsalından danışaraq, E.Süleymanova hazırda həm yoxsulluğun, həm də işsizliyin dərəcəsinin azalaraq 5 faiz olduğunu qeyd edib.

Məhkəmədənkənar insan hüquqlarının müdafiəsi institutu olaraq, Ombudsmanın məqsədi bərabərlik prinsipi əsasında hər bir kəsin bütün hüquqlarını təmin etmək naminə fərdlə dövlət arasında körpü rolunu oynayaraq, nəticədə demokratik idarəetməni təkmilləşdirmək, dövlət qurumları tərəfindən insan hüquqlarının təmin olunması, qanunun aliliyinin bərqərar olunması ilə dövlətdə sabitlik və hərtərəfli dayanıqlı inkişafa dəstək verməkdir və bu məqsədlə ölkənin demək olar ki, bütün şəhər və rayonlarını əhatə etməklə sistemli, dinamik, müntəzəm iş aparılır.

Bu fəaliyyətin innovativ təşəbbüslərlə əhalinin müxtəlif qruplarının - qadınların, uşaqların, ahılların, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, miqrantların, məhkumların, hərbi qulluqçuların, milli azlıqların və digər qrupların hüquqlarının müdafiəsinə yönəldildiyi bildirilib.

Yeni prioritetlərə, çağırışlara cavab olaraq Ombudsmanın təklifləri də nəzərə alınmaqla 2006-cı ildə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 2011-ci ildə isə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” ölkə Prezidenti tərəfindən təsdiq olunduğu və həmin sənədlərin icrasının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə İşçi qrupun fəaliyyətinə rəhbərlik Ombudsmana tövsiyə edilməsi və bu strateji sənədlərin insan hüquqlarının sürətlə, sistematik və ardıcıl tərzdə inkişafı üçün ölkəmizin yol xəritəsinin hazırlandığı vurğulanıb.

Müvəkkil həmin sənədlərlə bağlı ictimai dinləmələrin, monitorinqlərin və məsləhətləşmələrin həyata keçirildiyini, Ombudsmana ünvanlanan təklif və rəylərin təhlil edilərək hazırlanmış 700-dək təklifinin Parlamentə və müvafiq dövlət qurumlarına təqdim edilməsi və onların 70%-ə qədərinin həyata keçirilməsi barəsində iştirakçılara məlumat verib. O habelə, yalnız Parlamentlə əməkdaşlıq nəticəsində qanunların qəbul olunması, qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 25-dən çox təklifinin qəbul olunduğnu diqqətə çatdırıb.

Həmçinin əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə ölkəmizdə mütəmadi pulsuz tibbi müayinələrin həyata keçirilməsi, peyvəndlərin vurulması, əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin keçirilməsi və digər bu kimi işlərin davam etdirildiyi söylənib.

Ombudsman BMT-nin İqtisadi və Sosial Şurası yanında ölkəmizin ilk və indiyədək yeganə Məsləhətçi Statuslu qadın qeyri-hökumət təşkilatı, İnsan Hüquqları üzrə Müvəkkilin resurs mərkəzi olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin prezidenti olduğu dövrdə icra edilən, ilk dəfə olaraq icma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə proqramların həyata keçirildiyini və BMT-nin Əhali Fondunun o zaman icraçı direktoru olan xanım Nafis Sadıqın Bakıda olarkən bu layihəni yüksək qiymətləndirdiyini vurğulayıb.

E.Süleymanova 25 il əvvəl keçirilən Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi məqsəd və məramları da nəzərə alınmaqla həyata keçirilən çoxşaxəli fəaliyyəti, habelə paytaxtda və regionlarda, məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə icma əsaslı xidmətin təşkili üzrə böyük müsbət təcrübədən istifadə etməklə reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə məlumatlandırma işinin davam etdirildiyi barədə məlumat verib. Gender bərabərliyi, ana və uşaqların sağlamlığı, ana südü ilə qidalanma, qadınlara qarşı zorakılığın yolverilməzliyinə, həmçinin bunların nəticəsi olan erkən evliliklər, cinsi yolla yoluxan xəstəliklər, İİV/QİÇS və narkomaniya problemlərinəkompleks şəkildə yanaşmaqla reproduktiv sağlamlığa və ailə planlaşdırılmasına nail olmaq olar. Ölkənin şəhər və rayonlarında olarkən xəstəxanalara və tibbi obyektlərə, doğum evlərinə baxışlar keçirilir və tövsiyələr verilir.

Müvəkkil əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş çoxsaylı təkliflərinin nəticəsində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun qəbul olunması, habelə əlilliyi olan şəxslər üçün müyəssər şəraitə malik infrastrukturun qurulması, ağır ürək və böyrək çatışmazlığı, ağır dərəcəli eşitmə azlığı olan uşaqların dövlət vəsaiti hesabına əməliyyat olunması, şəkərli diabet üçün preparatlara, ruhi xəstələrin qidalanmasına ayrılan büdcə xərclərinin dəfələrlə artırılması məsələlərinə toxunub.

Yeri gəlmişkən bildirilib ki, ölkəmizdə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın 33.2-ci maddəsində nəzərdə tutulan müstəqil monitorinq mexanizminin funksiyalarını Ombudsman təsisatı həyata keçirir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vahid Əhmədov aktual mövzuya həsr olunmuş konfransın təşkilinə görə Müvəkkilə minnətdarlığını bildirib. O, Ombudsman təsisatının fəaliyyəti dövründə insan hüquqları sahəsində özünü doğrultduğunu, hər il Parlamentdə Müvəkkilin illik məruzələrinin uğurla dinlənildiyini, ali qanunverici orqanla səmərəli əməkdaşlığının davam etdirildiyini diqqətə çatdırıb.

Millət vəkili hazırda dünyada əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin və təminatının çox mühüm məsələ olduğunu söyləyib, müvafiq qlobal və ölkəmizin iqtisadi göstəriciləri barədə məlumat verib. O, ölkə Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda geniş sosial yönümlü siyasət həyata keçirildiyini, sürətli iqtisadi inkişafa nail olunduğunu, böyük layihələrin gerçəkləşdirildiyini, əmək haqlarının, pensiya və müavinətlərin artırıldığını, habelə digər çoxsaylı islahatların aparıldığını bildirib. Həmçinin çıxışda Parlamentin qanunların qəbulu sahəsində fəaliyyəti haqqında məlumat verilib.

Konfransda rayonların təmsilçilərinin də çıxışları və təklifləri dinlənilmişdir. Belə ki, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Süleymanova, Şabran Rayon İcra Hakimiyəti başçısının müavini Fikrət Nuşiyev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Təhminə Bəxtiyarova, Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev, Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova və digərləri konfransın əhəmiyyətini vurğulayaraq, təmsil etdikləri rayonlarda aparılan geniş sosial-iqtisadi inkişafa əsaslanan işlər, təhsil, səhiyyə, özünüməşğulluq və kənd təsərrüfatı sahəsindəki uğurlar, sahibkarlığın, yerli əhalinin rifah halının yaxşılaşması, geniş maarifləndirmənin aparılması barədə ətraflı məlumat veriblər.

Yekunda interaktiv şəkildə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qubada keçirilən növbəti regional konfransda məzmunlu çıxışlar və iştirakçıların fəallığı ilə aparılan geniş müzakirələr zamanı Qahirə Proqramının da prioritetlərinə və məqsədlərinə uyğun olaraq, son 25 ildə dövlətimizin iqtisadi və sosial, habelə insan hüquqları sahəsində inkişafı ilə əhalinin bütün qruplarını əhatə edən islahatlar yüksək dəyərləndirilib, insan hüquqlarının daha səmərəli təmin olunması üçün təklif və tövsiyələrin səsləndirildiyi belə tədbirlərin davamlı olmasının, ayrı-ayrı rayonlarda da keçirilməsinin zəruriyyəti vurğulanıb.

Tədbir iştirakçıları bu cür səmərəli konfransa görə Müvəkkilə dərin təşəkkürlərini bildiriblər.

Hər bir rayon üzrə səlahiyyətli şəxslərə fəaliyyətlərini istiqamətləndirmək məqsədilə Qahirə Konfransının əsas məqsəd və məramlarını əks etdirən, habelə Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən nəşrlər verilib.

Qazaxıstan və Azərbycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Qazaxıstan və Azərbycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşır
Loading Bars
Xəbər lenti
Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
Qazaxıstan və Azərbycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Azərbaycan Prezidenti: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib (FOTO)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO)
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azercell ilə TikTok indi daha əlçatandır!
Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub (FOTO)
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev: Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xocalı həqiqətləri Avropanın nüfuzlu media orqanında
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır - Mariya Zaxarova
Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir - Deputat
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO/VİDEO)
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib (FOTO)
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirə qatılıb
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert
Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
Portuqalıya kinoşirkəti “STORY of KHOJALI” adlı film ekranlaşdırıb (VİDEO)
Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb
Srebrenitsa anaları Ağdamda olublar (FOTO)
Əfv komissiyası hansı müraciətlərə baxıb?
Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb (FOTO)
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb (FOTO/VİDEO)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)
ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib (FOTO)
Prezident İlham Əliyev 4 saatdan çox davam edən konfransda 50-yə yaxın sualı cavablanıdırb
Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
Prezident İlham Əliyevin bir neçə dildə danışması xarici jurnalistləri təəccübləndirib: Rekorda imza atdınız (VİDEO)
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Seulda silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib (FOTO)
Xocalıda cinayətlərin törədilməsində günahkar olan hər kəs ədalətli cəzasını almalıdır - Ukraynalı ekspert
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib (FOTO)
Vətəndaşlar "Ana harayı" abidəsini ziyarət edirlər (FOTOREPORTAJ)
İranda ötən sutkada 69 nəfər koronavirusdan ölüb
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin növbəti görüşünün vaxtı açıqlanıb
Xocalı soyqırımının 29-cu ildönümü Bolqarıstan mətbuatında işıqlandırılıb (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
Qarabağla bağlı razılaşmalar icra olunur - Peskov
"Azİz" Assosiasiyası beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıb
Paşinyanın “lift diplomatiyası” – O, Düşənbədə Azərbaycan Prezidentinə nə barədə söz veribmiş? (VİDEO)
Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb (FOTO)
Xocalı faciəsinin ildönümü ilk dəfədir ki, başıuca formada qeyd olunur - Alim
İsraildə Xocalı soyqırımına həsr olunmuş videokonfrans keçirilib
Martın 1-dən yenidən külək güclənəcək, rayonlara qar yağacaq
Gövhər Baxşəliyevanın Xocalı soyqırımı barədə məqaləsi İordaniyada yayımlanıb
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımı mövzusunda mühazirə keçirilib (FOTO)
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
1992-ci ildə Xocalıda həlak olanların xatirəsini anırıq - ABŞ səfiri
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Xocalı soyqırımına həsr olunmuş musiqi əsərinin Kaliforniyada premyerası keçirilib
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)
Məcburi köçkünlərin aylıq müavinətdən “YAŞAT” fondu üçün vəsait tutulmayıb - Komitə
Əlindəki fənər bu uşağı Xocalıda qurban olmaqdan xilas edib (VİDEO)
Prezident İlham Əliyevdən jurnalistin sualına sərt reaksiya: Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir (VİDEO)
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur (FOTO)
Prezident İlham Əliyev: Statusun ünvanını göstərmişəm, status haradadır, onu hər kəs bilir (VİDEO)
Sabah 13 dərəcəyədək isti olacaq
Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Prezident İlham Əliyev: Təklif edirəm ki, "Dağlıq Qarabağ"da suaxili dilini “rəsmi dövlət dili” elan etsinlər (VİDEO)
Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb (FOTO)
Sosial-psixoloji xidmət dairəsini genişləndirməliyik - Bahar Muradova
Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır
Prezident İlham Əliyev: Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtmasıdır
Ermənilər işğal olunmuş ərazilərdə faktiki olaraq bütün dini-tarixi abidələri məhv ediblər - Komitə sədri
Prezident İlham Əliyev: Erməni əsgərləri iki ahıl insanı kənddə qoyub qaçmışdılar
Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm - Ərdoğan
ADU-da İngilis jurnalisti İan Pirtsin iştirakı ilə Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirilib
Bakıda 1000 manata tapança satmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bizim erməni xalqı ilə işimiz yoxdur
Kişilər intihara daha çox meyil edirlər - Bahar Muradova
Atalarla, ailədəki gənc oğlanlarla maarifləndirmə layihələri keçirilməlidir - Komitə sədri
Azad Rəhimovun vəziyyəti yaxşılaşır - Nazir müavini
Nigeriyada 300-dən çox məktəbli qaçırıldı
Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşır
Xudavəng monastrı ermənilərə məxsus deyil - Agentlik sədri
Şəhidlərimizin qanı yerdə qalmadı, qisasları alındı - Əli Əhmədov
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ombudsmanın beynəlxalq ictimaiyyətə videomüraciəti
Prezident İlham Əliyev: Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq
Bütün xəbərlər