...

Bu il 112 məzun məktəbi qızıl, 67 məzun gümüş medalla bitirib

Cəmiyyət Materials 30 İyul 2019 17:31 (UTC +04:00)
Bu il ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 112 məzun qızıl, 67 məzun gümüş medala layiq görülüb.
Bu il 112 məzun məktəbi qızıl, 67 məzun gümüş medalla bitirib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 112 məzun qızıl, 67 məzun gümüş medala layiq görülüb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb.

Əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb.

Qeyd edək ki, qızıl və gümüş medala namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti