...

ADU-da amerikalı tələbələr üçün konsert proqramı təşkil olunub (FOTO)

Cəmiyyət Materials 31 İyul 2019 18:56 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində (ADU) amerikalı tələbələr üçün konsert proqramı təşkil olunub.
ADU-da amerikalı tələbələr üçün konsert proqramı təşkil olunub (FOTO)

Bakı. Trend:

İyulun 31-də Azərbaycan Dillər Universitetində (ADU) amerikalı tələbələr üçün konsert proqramı təşkil olunub. Universitetdə dil proqramı üzrə təhsil alan xarici tələbələr Azərbaycan xalq mahnılarını dinləyiblər, milli musiqimizlə yaxından tanış olublar.

Trend-in məlumatına görə, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova tələbələrə Azərbaycan musiqisinin tarixindən, zəngin folklorumuzdan söhbət açıb. Qeyd olunub ki, xarici tələbələr dil proqramı çərçivəsində həm Azərbaycan, həm də türk dillərini öyrənirlər.

Sonda tələbələr Azərbaycan rəqslərini ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti