...

“Həkimlərimizi tanıyın!” - cərrah Sabir Həbibov

Cəmiyyət Materials 8 Avqust 2019 10:24 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar həkimi, yüksək ixtisaslı cərrah Sabir Həbibovu təqdim edirik.
“Həkimlərimizi tanıyın!” - cərrah Sabir Həbibov

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar həkimi, yüksək ixtisaslı cərrah Sabir Həbibovu təqdim edirik.

1983-2017-ci illərdə Moskva S.S.Yudin adına Klinik xəstəxanada endoskopik cərrahiyyə şöbəsinin müdiri işləmiş Dr. Həbibov, 2017-ci ildən başlayaraq Mərkəzi Gömrük Hospitalında ümumi cərrah vəzifəsində işləyir.

2012-ci ildə o, dünyada ilk azərbaycanlı olaraq “Mədəaltı vəzin çıxarılması və həzm traktının rekonstruksiyası” əməliyyatını icra edib.

Qeyd edək ki, Sabir Həbibov 1973-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini və 1973-1974-cü illərdə cərrahiyyə ixtisası üzrə internaturanı bitirib təhsilini Moskva Tibb Elmlər Akademiyasının Ümumittifaq Onkoloji Mərkəzində davam etdirərək, 1980-ci ildə tibb elmləri namizədi adını, 2001-ci ildə Moskva-Budapeşt Beynəlxalq Elmlər Akademiyasında tibb elmləri doktoru adını və 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasında professor adını almışdır.
1993-cü ildən başlayaraq cərrah Sabir Həbibov Rusiyanın, Amerikanın, Avropanın aparıcı klinikalarında konfrans, seminar və toplantılarda iştirak edib. Şimali Karolina Çepil Hill Tibb Universitetində Endoskopik Flebektomiya üzrə, Avstriyanın Breqens şəhər Hospitalında Patoloji Piylənmədə Mədəyə Bandajın qoyulması texnikası üzrə, Strazburqda, Lui Paster adına Universitet klinikasında Laparoskopik kolorektal cərrahiyyə və Urologiya Cərrahiyyəsi üzrə, Türkiyədə Laparoskopik kolorektal cərrahiyyə üzrə Tibbi cərrahiyyə mərkəzində, Böyük Britaniyada “Müqəddəs Aleksandra” hospitalında “Düz bağırsaq şişlərinin laparoskopik müalicəsi” üzrə ustad dərsləri keçmişdir.

Sabir Həbibovun icra etdiyi əməliyyatlar arasında diafraqmanın yemək borusu dəliyi yırtıqlarının laparoskopik bərpası, mədə və 12 b. bağırsağın deşilmiş yaralarının laparoskopik üsulla tikilməsi, düz bağırsaqətrafı fistulların endoskopik üsulla ləğv edilməsi, mədə və bağırsaq törəmələrinin laparoskopik üsulla çıxarılması, laparoskopik yolla dalağın çıxarılması, öd kisəsinin bir dəlikdən və ya uşaqlıq yolundan çıxarılması, yoğun bağırsağın laparoskopik üsulla hissəvi çıxarılması, düz bağırsaqətrafı fistulların sfinkterlərarası hissədən bağlanması və s. əməliyyatlar var. Sabir Həbibov qasıq, göbək, əməliyyatdan sonarkı yırtıqların, qaraciyər exinokokk xəstəliyinin laparoskopik üsulla müalicəsini və bütün ambulator proktoloji xəstəliklərin ən müasir avadanlıqlarla aztravmalı müalicəsini həyata keçirir.

Dr. Həbibovun qəbuluna yazılmaq üçün əlaqə nömrə: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti