...

Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 23 Avqust 2019 16:01 (UTC +04:00)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib.
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin avqust ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Tovuz şəhərində, nazirin birinci müavini Əli Abdullayev Ağstafada vətəndaşlarla görüşüb.

Nazirin qəbulunda Tovuz və Qazax rayonları, nazirin birinci müavininin qəbulunda Ağstafa sakinlərinin müraciətlərinə baxılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşları dinləyib.

Bir sıra vətəndaş müraciətləri yerindəcə öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti