...

“ADA" Universitetininə bu il qəbul olan tələbələrin 50 faiz təhsil güzəştləri qazanıblar

Cəmiyyət Materials 29 Avqust 2019 14:11 (UTC +04:00)
"ADA" Universitetinin Qəbul və Tələbə Qeydiyyatı şöbəsinin açıqladığı məlumata görə, 2019-2020 tədris ili üçün nəzərdə tutulan qəbul planı 695 tələbə qəbul edilərək tam dolub.
“ADA" Universitetininə bu il qəbul olan tələbələrin 50 faiz təhsil güzəştləri qazanıblar

Bakı. Trend:

"ADA" Universitetinin Qəbul və Tələbə Qeydiyyatı şöbəsinin açıqladığı məlumata görə, 2019-2020 tədris ili üçün nəzərdə tutulan qəbul planı 695 tələbə qəbul edilərək tam dolub.

Trend-in məlumatına görə, bunlardan 577 tələbə səkkiz ixtisas üzrə bakalavr proqramlarına, 118 tələbə isə dörd ixtisas üzrə magistr proqramlarına daxil olub. Tələbələrin 54% Bakı şəhəri, 46% isə bölgələr və xaricdən qəbul olunub. Bakalavr ixtisasları üzrə “ADA" Universitetinə bu ilki DİM imtahanları orta keçid balı 538 təşkil edib. İxtisaslar üzrə ən yüksək minimum keçid balı isə hüquqşunaslıq ixtisası üzrə izlənilib - 551 bal. Ötən illə müqayisədə I qrup üzrə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinə sənəd verən abituriyentlər imtahan nəticələrinə əsasən kompüter elmləri və mühəndislik ixtisasları üzrə minimum keçid balını 100 bal artırıblar.

“ADA" Universitetinə bu tədris ili qəbul edilən tələbələrin 50% akademik göstəricilərinə əsasən müxtəlif təhsil güzəştləri qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti