...

5190 müəllimliyə namizəd əlavə yerləşdirmə üzrə vakansiya seçimində iştirak edib

Cəmiyyət Materials 30 Avqust 2019 10:36 (UTC +04:00)
Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb.
5190 müəllimliyə namizəd əlavə yerləşdirmə üzrə vakansiya seçimində iştirak edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 5 190 namizəd elektron ərizəsini təsdiq edərək bu mərhələdə iştirak edib. Ərizəsini təsdiq etmiş şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər. Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti