...

Səhiyyə Nazirliyinin adından jurnalistlərə saxta e-mail göndərildi

Cəmiyyət Materials 2 Sentyabr 2019 11:12 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi bu qurumun adından jurnalistlərə e-mail göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də bir çox media qurumunun və jurnalistlərin e-mail ünvanlarına Səhiyyə Nazirliyinin adından saxta press-reliz göndərilib:

"Qeyd edirik ki, "[email protected]" mail ünvanının Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Səhiyyə Nazirliyinin rəsmi email ünvanı [email protected]ır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti